Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakçı fəallığı kifayət qədər çoxdur.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının COP29-la bağlı hazırladığı süjetdə qeyd olunub.
Bildirilib ki, insanlar gələcəyin dünyasını düzgün formalaşdırmaq üçün çalışırlar.
Eyni zamanda diqqətə çatdırılıb ki, bugünkü gündəlikdə səhiyyə, təhsil, uşaq və gənclərlə bağlı məsələlər var:
“Bununla bağlı Türkiyənin təhsil naziri də Bakıdadır. Rəqəmsallaşan yeni dünyaya adaptasiya lazımdır. Bu prosesin başında gənclər gedir. Sabah isə qida, su, kənd təsərrüfatı məsələləri müzakirə ediləcək. Türkiyə müvafiq qurumları böyük nümayəndə heyəti ilə Bakıdadır. Türkiyə bütün sahələrdə “yol xəritəsi”ni davam etdirəcək”.