“Vatican News”: COP29-da misli görünməmiş iqlim böhranı ilə mübarizə yolları axtarılır

A- A A+

Müqəddəs Taxt-Tacın “Vatican News” portalı Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) yazıb.

NUHÇIXAN xəbər verir ki, “Bakıda COP29-da yüksək dialoq: Yerin ekosistemi getdikcə daha çox risk altındadır” adlı məqalədə Azərbaycan paytaxtının ən mühüm iqlim sammitinə ev sahibliyi etdiyi bildirilir. Diqqətə çatdırılır ki, Birləşmiş Millətlər Təşkilatının 193 ölkəsindən olan nümayəndələr çətin vəzifə - iqlim böhranı ilə mübarizə aparmağın yollarını müzakirə etmək məqsədilə Bakıya toplaşıblar.

Yazıda qeyd olunur ki, COP29 dünyanın zənginləri və kasıbları arasında çox çətin dialoqu həll etməyə çalışır. Sammitdə misli görünməmiş iqlim böhranı ilə mübarizə üçün əsas ilkin şərtin yaradılması yolları axtarılır. Əlli mindən çox nümayəndə yoxsul ölkələrin davamlı inkişafını təmin etmək üçün zəruri olan çox təcili sərmayələri müəyyənləşdirmək üçün müzakirələr aparır.

Vurğulanır ki, onsuz da “dağılmaq” astanasında olan Yer ekosistemi görünməmiş sayda ekoloji qurbanlar və düzəlməz iqtisadi ziyan vurmaq riski daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: