Ukraynanın nüfuzlu KİV-ləri Bakıda COP29-da əldə olunmuş razılaşmaya dair məqalələr dərc edib.
NUHÇIXAN xəbər verir ki, “Ukrinform”, “RBC-Ukrayna”, informasiya agentlikləri, “LB.ua”, “Ekonomiçeskaya Pravda” və digər xəbər portallarında dərc olunan məqalələrdə COP29 razılşamasının tarixi əhəmiyyəti qeyd olunub.
Bildirilir ki, COP29 razılaşması iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyub. Yekun razılaşmaya əsasən, zəngin ölkələr 2035-ci ilə qədər yoxsul ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə kömək etmək üçün ildə ən azı 300 milyard dollar ayırmağa razılaşıblar. Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir.
Məqalələrdə COP29 razılşamasının strateji əhəmiyyəti qeyd olunub.