Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı müxtəlif millətlərin nümayəndələri olan 4500-dək insan itkin düşüb.
NUHÇIXAN xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndəsi Daniel Messerli deyib. O bildirib ki, həmin şəxslərdən 3800 nəfəri BQXK-nın Bakı nümayəndəliyi tərəfindən qeydə alınıb. İtkin düşən şəxslərin 80 faizi hərbçilərdir.