"Ömrün Naxçıvan aşırımları: Ümid" filmi - ANONS - VİDEO

A- A A+

Naxçıvan televiziyası ümumilli lider Heydər Əliyevin anım günündə "Ömrün Naxçıvan aşırımları: Ümid" filmini təqdim edəcək. 

Naxçıvan televiziyasının ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə başladığı "100 illiyə 10 film" layihəsinin növbəti filmi olan "Ömrün Naxçıvan aşırımları: Ümid" filmində 1992-ci ildə Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə Türkiyə - Azərbaycan sərhəddində tikilən körpünün iqtisadi, siyasi əhəmiyyəti, Böyük Türk Dünyasını birləşdirməsindən bəhs olunur. 12 dekabrda, ümumilli lider Heydər Əliyevin anım günündə saat 21:00-da təqdim olunacaq filmdə həmin tarixi hadisənin şahidləri bir daha o çətin dövrü xatırlayır, dahi öndərin Azərbaycanın, Türk dünyasının gələcəyi naminə mübarizəsindən bəhs edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: