İraq parlamentarisi: Qarabağ Zəfəri ilə Azərbaycan yurdundan-yuvasından didərgin salınmış xalqlara ümid işığı oldu

A- A A+

Azərbaycan Qarabağ Zəfəri ilə bütün dünyaya, xüsusilə də yurdundan-yuvasından didərgin salınmış xalqlara ümid işığı oldu. Qarabağ Zəfərinin tarix kitablarında hərbi strategiya baxımından yeni səhifə açması təsadüfi deyil.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri İraq Respublikası Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Əl-Salihi dekabrın 7-də keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı səsləndirib.

Ərşad Əl-Salihi vurğulayıb ki, Azərbaycan qısa müddət əvvəl Türkmən eli üçün Kərkükdə ilk məktəbi bərpa edib. “Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Türkmən eli hər zaman Türkiyəyə və Azərbaycana arxalanır. Hesab edirəm ki, İraq Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsil olunmalıdır. Bizim ortaq dəyərlərimizin ən gözəl nümunələrindən biri Füzulidir. Onun qələmi yalnız Türkmən elinə deyil, bütün İslam dünyasına işıq saçıb”, - deyə o əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: