Paşinyanın müavini: Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib, növbəti görüşə hazırlıq gedir

A- A A+

Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib.

NUHÇIXAN-ın “Arminfo”ya istinadən xəbərinə əsasən, bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

“Tərəflər növbəti görüşə hazırlaşsa da, onun dəqiq tarixi və formatı barədə razılaşma hələ ki yoxdur”, - Nikol Paşinyanın müavini bildirib.

O, həmçinin delimitasiyanın sərhədin hansı istiqamətində davam edəcəyini açıqlamayıb.

M.Qriqoryanın sözlərinə görə, tərəflər növbəti görüşdə nəqliyyat kommunikasiyalarının açılması məsələsini də nəzərdən keçirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: