Ceyhun Bayramov Vatikan rəsmisini Ermənistanın kütləvi hərbiləşdirilməsi barədə məlumatlandırıb

A- A A+

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Dövlətlərlə Əlaqələr üzrə Katibi Arxiyepiskop Pol Riçard Qallagerlə ikitərəfli və geniştərkibli görüşlər keçirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmək üçün geniş formatda görüşüblər.

Xarici işlər nazirləri dünyada multikulturalizmin və dinlərarası dialoqun təşviqinə yönəlmiş birgə səylər və təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.

XİN rəhbərinin "X" platformasında paylaşımında isə qeyd olunub ki, görüşdə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyanın müxtəlif yerlərində, o cümlədən Müqəddəs Taxt-Tacda qlobal mədəni və dini obyektlərin qorunması istiqamətində fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Nazir həmçinin Azərbaycanın bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirmək öhdəliyini xatırladıb.

“Həmkarımı münaqişədən sonrakı yenidənqurma və sülh gündəliyi, mina təhlükəsi, qalıcı sülh prosesi ilə bağlı mövcud çağırışlar, o cümlədən davam edən ərazi iddiaları və Ermənistanın kütləvi hərbiləşdirilməsi barədə məlumatlandırdım”,- XİN başçısı əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: