Ərdoğan: Qardaş Azərbaycana D-8 ailəmizə "xoş gəldiniz" deyirəm

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın D-8 (İnkişaf Edən Səkkiz Ölkə -red.) ailəsinə qoşulduğunu bəyan edib.

NUHÇIXAN "Haber Global"a istinadən xəbər verir ki, Ərdoğan bu barədə Misirin paytaxtı Qahirədə keçirilən D-8-in 11-ci Zirvə toplantısında danışıb.

"Təşkilatımızı böyütmək, təsir sahəsini daha da genişləndirmək üçün yeni üzv və tərəfdaşlara qapımızın açıq olması lazımdır. Azərbaycanın təşkilatımıza üzv olması ilə birlikdə bu gün dünəndən daha güclüyük. Qardaş Azərbaycana D-8 ailəmizə xoş gəldiniz deyirəm", - Ərdoğan vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: