Azərbaycan və Pakistan XİN başçıları regional əməkdaşlıq layihələrini müzakirə ediblər

A- A A+

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Misirin paytaxtı Qahirədə keçirilən D-8-in 11-ci Zirvə toplantısı çərçivəsində Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüş keçirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Qeyd olunub ki, nazirlər Azərbaycan və Pakistan arasında ikitərəfli əməkdaşlığı müzakirə edib, həmçinin regional qarşılıqlı fəaliyyət layihələrini nəzərdən keçiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: