Ceyhun Bayramov Fidanla Suriyada humanitar yardım planlarını müzakirə edib

A- A A+

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

H.Fidan Azərbaycanın inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Görüşdə iki ölkə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, Suriyada cari vəziyyət və ölkələr arasında mümkün əməkdaşlıq sahələri, eləcə də Suriyada humanitar yardım istiqamətində planlar müzakirə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: