BQXK rəsmisi: Beynəlxalq humanitar hüquqa tam əməl olunmur

A- A A+

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) dəfələrlə vurğulayıb ki, üzləşilən əsas çağırış beynəlxalq humanitar hüquqa tam əməl olunmamasıdır.

NUHÇIXAN xəbər verir ki, bunu BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Dragana Kojic Bakıda keçirilən Cenevrə Konvensiyasının 75-ci ildönümünə həsr olunan seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, Cenevrə konvensiyaları silahlı münaqişələrin təsirlərinə məruz qalmış insanların hüquqlarının qorunmasında böyük rol oynayıb:

“Hər bir dövlətin azad şəkildə Cenevrə konvensiyalarının şərtlərini öz üzərinə götürməsi beynəlxalq humanitar hüququn önəmini göstərir. BQXK dəfələrlə vurğulayıb ki, üzləşilən əsas çağırış beynəlxalq humanitar hüquqa tam əməl olunmamasıdır. Beynəlxalq humanitar hüquq yol ayrıcında qalıb və onun üzləşdiyi çağırışlar getdikcə artır”.

D.Kojic vurğulayıb ki, BQXK beynəlxalq humanitar hüquqa investisiya qoyulmasına ehtiyacı duyur:

“Humanitar hüququn aydınlaşdırılması qaydalara yaxşı riayət olunmasında böyük rol oynayır. Ona görə də humanitar hüququ gündəliyin ən üst səviyyəsinə qaldırmaq lazımdır. Saxlanılan şəxslərin hüquqlarının müdafiəsi və beynəlxalq humanitar hüququn həyata keçirilməsi istiqamətində Ombudsman Aparatı ilə sıx əməkdaşlıq edirik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: