Rusiyanın hökumət başçısı Azərbaycan liderini təbrik edib

A- A A+

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

NUHÇIXAN xəbər verir ki, təbrikdə deyilir:

"Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Sizin dostluq, tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin inkişafına əhəmiyyətli töhfənizi qeyd etmək istərdim. Yüksək səviyyədə qəbul edilmiş qərarların icrası üçün iqtisadi-ticari, elmi-texniki və mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi, müxtəlif istiqamətlərdə birgə nəhəng layihələrin həyata keçirilməsi məqsədilə böyük işlər görülür.

Əminəm ki, praktiki əməkdaşlığın daha da dərinləşdirilməsi, yeni qarşılıqlı faydalı təşəbbüslərin reallaşdırılması Rusiya Federasiyasının və Azərbaycan Respublikasının maraqlarına tam cavab verir.

Sizinlə 2024-cü il noyabrın 13-də keçirilmiş görüşümüzü məmnunluqla xatırlayıram. Açıq və konstruktiv ünsiyyətimizi davam etdirməkdən şad olacağam.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: