Səfir: Britaniya AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycan hakimiyyəti ilə təmasdadır

A- A A+

Böyük Britaniya hökuməti Aktau yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycan hakimiyyəti ilə təmasdadır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğramasını dərin kədər hissi ilə eşitdim. Düşüncələrim bu hadisə nəticəsində zərər çəkmiş bütün insanlar və onların yaxınları ilədir. Böyük Britaniya hökuməti yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır", - diplomatın paylaşımında bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: