“Haber Global”: Azərbaycan təyyarə qəzasına görə Rusiyadan rəsmi üzr istənilməsini gözləyir - VİDEO
Azərbaycan Aktauda baş verən təyyarə qəzasına görə Rusiyadan rəsmi üzr istənilməsini gözləyir.
NUHÇIXAN-ın məlumatına görə, bu fikirlər Türkiyənin “Haber Global” televiziyasında Azərbaycan Hava Yollarına məxsus təyyarənin dekabrın 25-də Aktauda qəzaya uğraması ilə bağlı hazırlanan süjetdə qeyd olunub.
Bildirilib ki, 38 nəfərin ölümünə səbəb olan hadisə səbəbkarlarının cəzalandırılması da Azərbaycan tərəfinin gözləntiləri sırasındadır:
“Lakin hələlik Rusiya tərəfi bu yöndə addım atmır. Kremlin mətbuat katibi Dmitri Peskov isə istintaq bitənə qədər heç bir dəyərləndirmə aparılmayacağını bildirib”.
Süjetdə o da vurğulanıb ki, Rusiya Beynəlxalq Mülki Aviasiya Şirkəti AZAL-a məxsus təyyarənin Qroznı səmasında olarkən Rusiyanın hava hücumundan müdafiə sisteminin aktivləşdiyini etiraf edib.