Rusiya İstintaq Komitəsi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açıb

A- A A+

Rusiya İstintaq Komitəsi AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar RF Cinayət Məcəlləsinin 263-cü maddəsi (hava nəqliyyatının hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulması) ilə cinayət işi açıb.

NUHÇIXAN Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin yaydığı məlumatda deyilir.

İbtidai istintaq hərəkətləri həyata keçirilir, mülki və hərbi mütəxəssislər dindirilir.

Məlumatda bildirilib ki, Rusiya İstintaq Komitəsi və Baş Prokurorluğunun əməkdaşları təyyarə qəzasının araşdırılması üçün azərbaycanlı həmkarları ilə birgə işləyir.

Kremlin məlumatında qeyd olunub ki, hazırda Azərbaycan Baş Prokurorluğunun iki əməkdaşı Qroznıda Rusiya Baş Prokurorluğu və İstintaq Komitəsinin nümayəndələri ilə birgə fəaliyyət göstərir. Həmçinin Rusiya, Azərbaycan və Qazaxıstanın müvafiq qurumlarının xətti ilə qarşılıqlı əməkdaşlıq həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: