“Haber Global”: Azərbaycan diplomatik gücünü göstərdi, Moskva vurulan təyyarəyə görə üzrxahlıq etdi - VİDEO

A- A A+

Azərbaycan yürütdüyü şəffaf diplomatiya sayəsində lazımi nəticəni əldə etdi.

NUHÇIXAN-ın məlumatına görə, bu fikirlər Türkiyənin “Haber Global” televiziyasında yayımlanan süjetdə əksini tapıb.

Qeyd olunub ki, bununla da Azərbaycan bir daha beynəlxalq arenadakı diplomatik gücünü nümayiş etdirdi.

Vurğulanır ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi qarşısında rəsmi Moskva AZAL təyyarəsinin qəzasına görə məsuliyyətini etiraf etməyə məcbur qaldı.

Süjetdə dekabrın 25-dən indiyədək təyyarə qəzası ətrafında baş verən proseslərə toxunulub.

“Azərbaycan Rusiyadan gözlədiyi rəsmi üzrü aldı. Prosesin bundan sonrakı hissəsi necə olacaq, onu zaman göstərəcək”, - süjetdə bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: