Polşa Aİ Şurasına sədrliyi dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına çalışacaq

A- A A+

Polşa Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına və Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə səy göstərəcək.

NUHÇIXAN xəbər verir ki, bu, Polşanın Aİ Şurasına sədrliyi ilə əlaqədar fəaliyyət proqramında öz əksini tapıb.

Bildirilib ki, bu addımlar Bakı ilə İrəvanın Aİ ilə əməkdaşlığının inkişafına da imkan yaradacaq.

"Həmçinin gürcü xalqının Aİ-yə üzvlük arzuları dəstəklənəcək. Bununla yanaşı, ümumi xarici və təhlükəsizlik siyasəti (ÜXTS) çərçivəsində Qərbi Balkanlar və Türkiyənin Aİ ilə sıx əməkdaşlıq orbitində qalmasını təmin etmək üçün davamlı siyasi dialoqun qorunması da daxil olmaqla, səylər göstəriləcək", - proqramda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: