Macarıstanın Prezidenti Tamaş Şuyok Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
NUHÇIXAN xəbər verir ki, məktubda deyilir:
"İcazə verin, çoxlu sayda insanın həlak olması ilə nəticələnən faciəvi təyyarə qəzası ilə bağlı Macarıstan xalqı adından və şəxsən öz adımdan səmimi başsağlığımı çatdırım. Dualarım və düşüncələrim həlak olanların və onların ailə üzvlərinin yanındadır".