Almaniya Prezidenti: Faciənin səbəblərinin araşdırılmasının tezliklə başa çatdırılacağına ümid edirəm

A- A A+

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb.

NUHÇIXAN xəbər verir ki, başsağlığında deyilir:

"Cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması və 38 nəfərin həyatını itirməsi ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.

Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, həmrəyliyimi ifadə edirəm. Düşüncələrim ailə üzvlərini və yaxınlarını itirənlərlədir. Yaralananlara tezliklə və tam sağalmağı diləyir, bu faciənin səbəblərinin araşdırılmasının tezliklə başa çatdırılacağına ümid edirəm".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: