Mən Azərbaycanla və Prezident İlham Əliyevlə dostluğumuzla fəxr edirəm.
NUHÇIXAN AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç yerli televiziya kanalındakı çıxışı zamanı deyib.
“Azərbaycan Prezidenti, böyük dostumuz İlham Əliyev qərar verdi, bəzi ölkələr bir müddət qaz almayacaq, lakin Serbiyaya hər zaman qaz nəql olunacaq. Bu, ölkəmiz və xalqımız üçün böyük və mühüm qərardır. Azərbaycanla və Prezident İlham Əliyevlə dostluğumuzla fəxr edirəm. Mən onu nə vaxt desə Belqradda gözləyirəm. Çünki biz qarışıq komitələrə malik olmalıyıq və əməkdaşlığımızı daha çox müzakirə etməliyik. Bizim sosial həyatın bütün sahələrində strateji əlaqələrimiz var və bu münasibətlər getdikcə daha da inkişaf edir. Bu, hər zaman belə dostlara arxalana biləcəyimizin yalnız bir göstəricisidir. Belə dostluqlar qurmalısınız”, - deyə Aleksandar Vuçiç vurğulayıb.
Xatırladaq ki, Serbiya Prezidenti ötən gün sosial media hesabındakı paylaşımda Azərbaycandan Serbiyaya təbii qaz nəqlinin dayandırılmayacağını deyib, Azərbaycana və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.