Gürcü nazir: Azərbaycanla strateji tərəfdaşlıq bizim üçün vacibdir

A- A A+

Gürcüstan üçün Azərbaycanla strateji tərəfdaşlıq çox vacibdir.

NUHÇIXAN-ın  məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

"Ölkələrimiz arasında möhkəm strateji tərəfdaşlığın arxasında dərin tarix dayanır. Biz sizinlə tərəfdaşlığı yüksək qiymətləndiririk", - o bildirib.

Gürcü nazirin sözlərinə görə, XİN başçısı qismində ilk səfərini məhz Azərbaycana etməsi strateji tərəfdaşlığın sübutudur.

M.Boçorişvili əlavə edib ki, azərbaycanlı həmkarı ilə görüşdə iki ölkə arasında bütün istiqamətlər üzrə münasibətlərin intensivləşdirilməsi məsələləri, həmçinin Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: