Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun fəaliyyəti ilk fürsətdə bərpa oluncaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalistlərin sualına cavabında xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, baş konsulluq ABŞ-nin Kaliforniya ştatında baş verən yanğına görə fəaliyyət göstərdiyi binadan köçüb:
"Diplomatik qurumumuzun fəaliyyəti dayandırılmayıb, hazırda uzaqdan işini davam etdirir. Los-Ancelesdəki fəaliyyət ilk fürsətdə bərpa olunacaq".