Məzahir Pənahov: Bələdiyyə seçkilərinin nəticələri həmin gün və ya bir gün sonra açıqlanacaq - VİDEO

A- A A+

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinin bütün nəticələri həmin gün axşam və ya ayın 30-u açıqlanacaq.

NUHÇIXAN xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bütün bələdiyyələrin ərazilərində tanınan şəxslər öz namizədliklərini irəli sürüblər:

"70 mindən artıq müşahidəçi seçkiləri izləyəcək. Min məntəqədə kamera quraşdırılıb. Yanvarın 29-u axşam və ya 30-u bütün nəticələri açıqlayacağıq".

MSK sədri əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə bu dəfə bələdiyyə seçkiləri keçirilməyəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: