Ceyhun Bayramov: Konstitusiyada dəyişikliklərlə bağlı Ermənistandan əməli addımlar gözləyirik - VİDEO
Konstitusiyada dəyişikliklərlə bağlı Ermənistandan əməli addımlar gözləyirik.
NUHÇIXAN-ın məlumatına görə, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, Azərbaycan ictimaiyyəti sülh sazişinin mətnindən başqa digər ciddi və açıq məsələ olduğunu bilir:
"Bu da Ermənistanın Konstitusiyasında və bir sıra hüquqi normativ aktlarda Azərbaycana qarşı ərazi iddialarının mövcudluğudur. Bu yöndə Ermənistandan ciddi əməli addımlar gözləyirik. Bəyanatlar, sülhpərvər mesajları eşidirik, amma real addımlarda ciddi çatışmazlıq görünür".