Jurnalist Sara Əzimovanın 20 Yanvar faciəsi ilə bağlı məqaləsi İtaliya mediasında işıqlandırılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Avropa Xəbər Agentliyinin İtaliya və Vatikan üzrə səlahiyyətli nümayəndəsi, “Eurasiaticanews” (Avropa-Asiya xəbərlər) saytının rəhbəri Karlo Marino “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimovanın “20 Yanvar – Azərbaycan xalqının 35 illik milli azadlıq rəmzi, şərəf tarixi” sərlövhəli məqaləsin dərc edib. Məqalədə 1990-cı ildə Azərbaycan xalqına qarşı törədilən Qanlı Yanvar faciəsinin ictimai-siyasi əhəmiyyəti faktlara söykənərək geniş şərh olunur, faciənin xalqımızın müstəqillik yolunda əsas hərəkətverici qüvvəyə çevrildiyi vurğulanır. Faciə ilə bağlı tarixi həqiqətlərin dünyaya çatdırılmasında, ilk siyasi-hüququ qiymətin verilməsində Ümummilli Liderimiz Heydər Əliyevin əvəzolunmaz xidmətlərinin diqqətə çatdırıldığı yazıda 20 Yanvar gələcək nəsillər üçün əsl tarix dərsliyi kimi dəyərləndirilir: Azərbaycan tarixinə əbədi həkk olunan Qanlı Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu, eyni zamanda bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərdi, müstəqilliyə gedən yolda hərəkətverici qüvvəyə çevrildi. Bütün bu mühüm cəhətlərə, amillərə görə xalqımızın yaddaşında dərin, sarsılmaz iz buraxan 20 Yanvarın mahiyyəti dərindən araşdırılıb öyrənilərək əsl tarix dərsliyi kimi gələcək nəsillərə aşılanır. Nə qədər ki müstəqil, bütöv, suveren Azərbaycan var, 1990-cı ildə tanqın, topun qarşısına çıxan əliyalın insanlar, misilsiz şücaət göstərən qəhrəman övladlar heç zaman unudulmayacaq!

Məqalə ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz: 

https://eurasiaticanews.altervista.org/gennaio-di-sangue-in-azerbaigian-riflessioni-di-sara-azimova/

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: