Azərbaycanın Ankaradakı səfiri Türkiyənin Bakıdakı yeni səfiri ilə ikitərəfli əlaqələri müzakirə edib

A- A A+

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Türkiyənin Bakıya yeni təyin olunmuş səfiri Birol Akgünlə görüşüb.

NUHÇIXAN xəbər verir ki, R. Məmmədov bu barədə “X” hesabında paylaşım edib.

Səfir qeyd edib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti barədə danışıqlar aparılıb:

“Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti haqqında danışdıq və onların inkişafı üçün atılacaq addımlar barədə fikir mübadiləsi apardıq. Əminəm ki, biz qardaş ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi üçün hörmətli həmkarımla sıx əməkdaşlıqda əlimizdən gələni edəcəyik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: