"Ümid" körpüsündən Zəngəzur dəhlizinə

A- A A+

Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək, eyni zamanda Çindən Avropaya uzanacaq orta dəhliz lahiyəsinin əsas hissələrindən biri olacaq Zəngəzur dəhlizi istiqamətində avtomobil və dəmir yolu tikintisi sürətlə davam edir. Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı mövqeyi birmənalıdır. Məsələnin mümkün qədər tez həllini tapması, bunun beynəlxalq hüquq normaları çərçivəsində baş verməsi üçün bütün lazımı addımlar atılıb və atılmaqdadır.

Zəngəzur Azərbaycanın zəngin tarixi keçmişə malik olan ərazilərindən biridir, belə ki, tarixi Azərbaycan torpaqları zaman-zaman parçalanaraq müasir Azərbaycan Respublikası sərhədləri daxilində qərarlaşıb. Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra Qafqaz regionunda yeni geosiyasi reallıqlar meydana gəlib. Bu reallıqlar məhz bu regionda olan ölkələr üçün deyil, həmçinin, bütün region dövlətləri və ümumən türk dünyası ölkələri üçün xüsusi önəm kəsb edir. Bu reallıqlardan başlıca diqqət çəkəni isə Naxçıvan Muxtar Respublikasını quru yolu ilə Azərbaycana birləşdirəcək olan Zəngəzur dəhlizinin açılmasıdır. Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün yox Avropa və Asiya ölkələri üçün də mühüm marşurut rolunu oynayacaq. Dünyada höküm sürən acınacaqlı geosiyasi vəziyyət fonunda Avropa və Asiya ölkələrinin ticari-iqtisadi əməkdaşlığı Zəngəzur dəhlizi vasitəsilə həyata keçiriləcək. Lahiyənin reallaşdırılması istiqamətində həyata keçirilən proseslər durmadan davam edir.

Zəngəzur dəhlizi təkcə siyasi məsələ deyil, bu, iki ölkə arasında spesifik tarixə malik texniki məsələdir. Bu yol kommunikasiya əlaqəsi kimi də dəyərləndirilməməlidir, bu lahiyə Türk dünyasını birləşdirəcək ən önəmli lahiyələrdəndir. Belə ki, bu layihənin siyasi və iqtisadi əhəmiyyəti olduqca böyükdür. Dəhliz açıldıqdan sonra bütün türk dünyasını Mərkəzi Asiyadan Avropaya qədər yeni geniş imkanlar gözləyir. Türkdilli Dövlətlər, mədəni və siyasi əlaqələri genişləndirməklə yanaşı, iqtisadi əməkdaşlığı da artırır.

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirdi ki, Zəngəzur dəhlizi 10 noyabr Bəyanatına uyğun açılmalıdır. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbr göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Gələcək sülhün bərqərar olunması üçün, Zəngəzur dəhlizinin açılması ən təməl elementlərdən biridir.

Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır.

Üzeyir MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: