Rəsmi Bakı: İranda bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirakı qəbuledilməzdir

A- A A+

İranda bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsi qəbuledilməzdir.

NUHÇIXAN xəbər verir ki, bu məsələ Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın diqqətinə çatdırılıb.

Bildirilib ki, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə imam cümə Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin imam cüməsi daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsi qəbuledilməzdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: