Corc Dik Holokost qurbanlarına göstərdiyi ehtiram üçün Azərbaycana təşəkkür edib

A- A A+

İsrail Holokost qurbanlarına ehtiram göstərdiyinə görə Azərbaycana minnətdardır.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Azərbaycanda fəaliyyət müddəti bitən İsrailin Bakıdakı səfiri Corc Dik “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Səfir Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Holokost Qurbanlarının Anım Günü ilə bağlı paylaşımını bölüşüb və Azərbaycana təşəkkürünü bildirib.

"Bu gün biz, həmçinin nasizmə qarşı mübarizədə həyatını qurban vermiş 300 min azərbaycanlının xatirəsini də yad edirik. Dərin hörmətlə Azərbaycanın yəhudilərin həmişə təhlükəsiz olması və bu torpaqda özlərini evlərindəki kimi hiss etmələri üçün dəyişməz sadiqliyini qəbul edirik. Biz həmçinin "Bir daha heç vaxt" prinsipinə sadiqliyi və xalqlarımız arasındakı möhkəm dostluğa görə Azərbaycana minnətdarıq. Azərbaycan xalqının İsrailə qarşı, xüsusilə son bir ildə göstərdiyi mərhəmət və həmrəylik qəlbimizi dərindən təsirləndirir", - paylaşımda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: