Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu göndərib.
NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev Serbiyanın milli bayramı münasibətilə Prezident Aleksandar Vuçiçi və Serbiya xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edib.
Dövlətimizin başçısı inandığını bildirib ki, Azərbaycan ilə Serbiya arasındakı strateji tərəfdaşlıq münasibətləri, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.
Azərbaycan Prezidenti serbiyalı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Serbiya xalqına sülh və rifah arzulayıb.