Azərbaycanın xarici işlər naziri Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya yola düşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov fevralın 15-17-də keçiriləcək Münxen Təhlükəsizlik Konfransında iştirak etmək məqsədilə Almaniyaya işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, səfər çərçivəsində nazirin 55-ci Münxen Təhlükəsizlik Konfransında iştirakı ilə yanaşı, bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.