Ayxan Hacızadə təyyarə qəzası ilə bağlı XİN adından yayılan məlumatların saxta olduğunu bildirib

A- A A+

Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadənin adından AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumatlar yayılıb.

NUHÇIXAN xəbər verir ki, Ayxan Hacızadə jurnalistlərə açıqlamasında həmin məlumatın saxta olduğunu bildirib.

Qeyd edək ki, həmin saxta məlumatda Ayxan Hacızadənin adından deyilir ki, qəza ilə bağlı araşdırmanın ilkin nəticələri guya hava gəmisinin quş sürüsü ilə toqquşması versiyasını təsdiqləyir.

Eyni zamanda, guya, Azərbaycanın yalan məlumatlara görə Rusiyadan üzr istədiyi də vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: