Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO

A- A A+

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi Orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, döyüş bayrağı sıra meydanına gətirilib.

Tədbirlərdə Müdafiə Nazirliyi rəhbərliyinin qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, yeni tədris üsul və metodlarının seçilməsi ilə bağlı əmr və tələbləri, eləcə də digər məsələlər şəxsi heyətin diqqətinə çatdırılıb. Müasir taktiki üsulların işlənilməsi, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə yeni tədris dövründə keçirilən təlim və məşqlərin keyfiyyətinin, həmçinin intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.

Sonra şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

Sonda yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, təlim şəhərcikləri, döyüş texnikası və silahlar, şəxsi heyətin təchizatı, eləcə də rəhbəredici və digər normativ sənədlərin tələblərinin icrası, tədris vəsaitlərinin mövcudluğu və tətbiqi yoxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: