Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb
Fevralın 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Çingiz Aydarbekov ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, tərəflər Azərbaycan ilə Qırğızıstan arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edib, ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Nazirlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq, iştirakçı ölkələr arasında iqtisadi-ticarət və turizm sahələrində əlaqələrin daha da inkişafının önəmini qeyd ediblər. Həmçinin Türk Şurasının növbəti zirvə görüşünə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.