Bəhreyn Krallığı 2027-ci ilə qədər Asiya Parlament Assambleyasına rəhbərlik edəcək

A- A A+

İran İslam Respublikası və Bəhreyn Krallığı 2026-2027-ci illər üçün namizədliklərini təqdim ediblər. İcraçı Katiblik və Asiya Parlament Assambleyası (APA) rəhbərliyi tərəfindən bu namizədliklər təsdiqlənib. Razılaşmaya əsasən, Bəhreyn Krallığı 2027-ci ilə qədər APA-ya rəhbərlik edəcək, İran İslam Respublikası isə 2027-2028-ci illərdə prezidentlik vəzifəsini icra edəcək. İran, eyni zamanda, APA-nın Daimi Komitəsində vitse-prezident kimi fəaliyyət göstərəcək. Belarus Respublikası təşkilatda müşahidəçi statusu əldə edir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev APA-nın 15-ci plenar sessiyasında çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Asiya Parlament Assambleyası çərçivəsində keçirilən plenar sessiyada 300 min məcburi köçkünün öz evlərinə qayıdışı ilə bağlı məsələlər diqqət mərkəzindədir: “APA bu istiqamətdə sülh və sabitlik siyasətini dəstəklədiyini bir daha vurğulayır və müvafiq tədbirlərin həyata keçirilməsi üçün səylərini davam etdirəcək”.

O, APA-nın fəaliyyəti ilə bağlı 2024-2025-ci illərdə müxtəlif sahələrdə görülən işlər barədə geniş məlumat verib. Həmçinin qurumun regional və beynəlxalq müstəvidə aktiv fəaliyyətini qeyd edərək deyib: “APA bölgədə sülhün və əməkdaşlığın gücləndirilməsi, habelə münaqişələrin diplomatik yollarla həll olunması üçün fəaliyyətini davam etdirəcəyini bir daha bəyan edir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: