Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibinin müavini ilə görüşüb

A- A A+

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev beynəlxalq təşkilatın Sivilizasiyalar Alyansının ali nümayəndəsi, baş katibin müavini Migel Anxel Moratinosla görüşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə BMT baş katibinin müavini “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Tofiq Musayevi Azərbaycanın BMT yanında yeni Daimi Nümayəndəsi kimi səfərdə qəbul etməkdən çox məmnunam. Biz mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə yönəlmiş təşəbbüslər üzrə davam edən əməkdaşlığımızı müzakirə etdik", - BMT nümayəndəsi qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: