Ukraynanın paytaxtı Kiyevdə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Kiyevdə "Sonsuz dəhliz" sənədli filminin nümayişi keçirilib. Film Ermənistanın 1992-ci ildə insanlığa qarşı törətdiyi ən dəhşətli cinayətlərdən biri olan bu faciənin qurbanlarının xatirəsinə həsr olunub. Bir gecədə 613 dinc sakin vəhşicəsinə qətlə yetirilib. Biz Xocalıya ədalət tələb edirik!”, - diplomat yazıb.