"Haber Global" Xocalı faciəsi ilə bağlı süjet hazırlayıb, oradakı təmir-bərpa işləri barədə məlumat verib - VİDEO
Türkiyənin "Haber Global" telekanalı Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı geniş videomaterial hazırlayıb.
NUHÇIXAN xəbər verir ki, televiziya əməkdaşları Xocalı şəhərinə hücum edilən yerlərdə olublar, faciə və qəsbkarlıqla bağlı ətraflı məlumat veriblər.
Bildirilib ki, sakinlər gecə saatlarındakı hücumun ardınca ermənilərdən qurtulmaq üçün Qarqar çayından keçərək meşəyə sığınıblar.
Faciə gecəsi havanın soyuq və qarlı olması gecənin daha dəhşətli hala gəldiyi vurğulanıb.
Süjetdə qeyd olunub ki, ermənilərin hücumu nəticəsində Xocalıda 613 dinc sakin qətlə yetirilib.
Telekanal əməkdaşları Azərbaycan hökumətinin bir il ərzində Xocalıda apardığı bərpa-təmir işləri ilə bağlı da fikirlərini ifadə ediblər.