Fərid Şəfiyev: Azərbaycan-Türkiyə tandemi Mərkəzi Asiya ölkələri üçün model oldu

A- A A+

İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə tandeminin effektivliyini sübut etdi və bu, öz növbəsində, Mərkəzi Asiya ölkələri üçün model oldu.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Belqradda keçirilən “Cənubi Qafqaz: Əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda təşkil edilən dəyirmi masada danışıb.

Onun sözlərinə görə, artıq Qazaxıstan və Özbəkistan Azərbaycan və Türkiyə ilə hərbi əməkdaşlıq əlaqələrini genişəndirməyə başlayıblar.

BMTM sədri daha sonra Türk Dövlətləri Təşkilatının əhəmiyyətindən söz açıb: 

"TDT-yə üzv olan ölkələr ortaq irsə malikdir, lakin təşkilatın fəaliyyəti heç bir ölkəyə və ya geosiyasi aktora qarşı yönəlməyib. Əksinə, bu təşkilata üzv ölkələr mühüm geoiqtisadi layihələrin reallaşdırılmasına töhfələr verirlər, onlar qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdırlar”.

F. Şəfiyev çıxışı zamanı cari geosiyasi proseslər fonunda Orta Dəhlizin artan aktuallığına və əhəmiyyətinə, həmçinin Bakı-Tbilisi Qars dəmiryolunun inşasına, bir zamanlar skeptik yanaşılan TANAP, TAP layihələrinin Avropanın enerji təhlükəsizliyindəki roluna da diqqət çəkib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: