TBMM-in sədri Numan Kurtulmuş Ramazan ayının başlaması münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovanı təbrik edib

A- A A+

Martın 4-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edərək mübarək Ramazan ayının başlaması münasibətilə təbriklərini çatdırıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildiriblər ki, TBMM-in sədri bu mübarək ayın qardaş Azərbaycan xalqına və müsəlman dünyasına sülh, əmin-amanlıq, xeyir-bərəkət gətirməsini diləyib.

Telefon danışığı zamanı qardaş ölkələrimiz arasında münasibətlər, o cümlədən parlamentlərimizin əməkdaşlığı məsələləri haqqında da fikir mübadiləsi aparılıb, qanunverici orqanlarımızın həm ikitərəfli, həm də beynəlxalq parlament təşkilatlarında yüksək səviyyədə əməkdaşlığından razılıq ifadə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: