İlahə Hüseynova: BQXK-nın nümayəndəliyini bağlaması müraciəti ilə bağlı Azərbaycan hakimiyyət orqanları ilə əlaqə saxlayırıq
Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda BQXK-yə məlumat verib.
Bu barədə NUHÇIXAN-ın sorğusuna cavab olaraq BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
O qeyd edib ki, hazırda hakimiyyət orqanları ilə əlaqə saxlayırlar: "Bu dialoq bizim konfidensial və ikitərəfli dialoqumuzun bir hissəsidir".