ƏÜO-da "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib - VİDEO

A- A A+

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) "Komando başlanğıc kursunun ilk buraxılış mərasimi keçirilib.

Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Kursu müvəffəqiyyətlə bitirən məzunlar "Komando andı"nı qəbul edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı general-mayor Kənan Seyidov "Komando andı"nı qəbul edən şəxsi heyəti təbrik edib, Müdafiə Nazirliyi rəhbərliyinin təbriklərini onlara çatdırıb. Azərbaycan Ordusunda hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bölmələrin döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətini qeyd edən general-mayor K.Seyidov məzunlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra hərbi qulluqçulara sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: