Ermənistan ordusu Naxçıvanla sərhəddə təxribat törədib - VİDEO
NUHÇIXAN-ın məlumatına görə, Ermənistan tərəfinin törətdiyi növbəti yanğın hadisəsi ərazidəki texniki-müşahidə vasitələri tərəfindən qeydə alınıb.
Videoda Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi ilə üzbəüz ərazilərdə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən yanğın hadisəsi əks olunub.
Ekologiyanın mühafizəsi və yanğının geniş ərazini əhatə etməməsi məqsədilə əraziyə cəlb edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilib.