DTX rəisinin müavini: Bir sıra amillər itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi işinə mane olur

A- A A+

İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi yaxın illərdə bizim ən vacib vəzifələrimizdən biridir. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən qısa müddətdə bu sahədə müəyyən işlər həyata keçirilsə də, bir sıra amillər itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi işinə mane olur. Belə ki, 30 illik işğal dövründə ərazilər mina və partlamamış sursatlarla həddindən artıq çirkləndirilib. Bunun nəticəsidir ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra hazırkı dövrədək həmin ərazilərdə mina partlayışı ilə bağlı 231 hadisə qeydə alınıb, nəticədə 70 nəfər həlak olub, 314 nəfər yaralanıb.

NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimində Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, general-leytenant Şərafət Həsənov deyib.

“İşğal dövründə ərazidə həyata keçirilmiş vandalizm nəticəsində infrastruktur, yaşayış məntəqələri, hətta landşaft və relyefin dağıdılması baş verib, qəbiristanlıqlar və məzar yerləri, o cümlədən itkinlərə aid məzar yerləri məqsədyönlü şəkildə dağıdılıb. Ona görə də hətta məzar yerləri barədə Dövlət Komissiyasına məlumat verən insanlar belə, ərazilərə aparılarkən onlara məlum olan dəfn yerlərini dəqiq göstərə bilmirlər", - deyə Ş.Həsənov qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: