DTX-nin rəis müavini: Ermənistan beş aya yaxındır Xankəndidə ölən erməni qadının meyitinin təhvil alınmasına münasibət bildirmir

A- A A+

Ermənistan beş aya yaxındır Xankəndidə ölən erməni qadının meyitinin təhvil alınmasına heç bir münasibət bildirmir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında deyib.

Onun sözlərinə görə, 1954-cü il təvəllüdlü, erməniəsilli Vera Varaşakovna Ağasyannın 2024-cü il oktyabrın 20-də Xankəndi şəhərində yaşadığı ünvanda xəstəlikdən vəfat etməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfi və övladları məlumatlandırılıb:

"Meyitin təhvil verilməsi üçün bütün zəruri sənədləşmə işləri aparılıb, hətta cari ilin fevral ayında vasitəçilərin iştirakı olmadan sərhəddə keçirilmiş görüş zamanı məsələ Ermənistanın nümayəndə heyətinin birbaşa diqqətinə çatdırılıb. Buna baxmayaraq, qarşı tərəf beş aya yaxındır meyitin  təhvil alınmasına heç bir münasibət bildirmir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: