Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu “yatmış” vəziyyətdədir və tərəflər istəsə, öz işini davam etdirə bilər.
NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) XXXIV qurultayı çərçivəsində jurnalistlərə açıqlamasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
Onun sözlərinə görə, baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupu 9-10 noyabr 2020-ci il tarixli bəyanat çərçivəsində dövlət başçılarının birgə sənədi ilə müəyyən edilib.
"Hazırda o, yatmış vəziyyətdədir. Onu heç kim bağlamayıb və əgər tərəfdaşlar bizə müraciət etsələr və biz bir şəkildə faydalı ola biləriksə, əlbəttə ki, məmnuniyyətlə bu işi davam etdirəcəyik", - A.Overçuk əlavə edib.