Vyanada ATƏT Parlament Assambleyasının 18-ci qış sessiyası işə başlayıb

A- A A+

Fevralın 21-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 18-ci qış sessiyası işə başlayıb.

NUHÇIXAN xəbər verir ki, ATƏT-ə üzv olan 57 ölkədən 300-dək deputatın iştirak etdiyi sessiyada Azərbaycanı Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Milli Məclisin deputatları Azay Quliyev, Tahir Mirkişili, Elşad Həsənov, Kamran Nəbizadə və Ülviyyə Ağayeva daxildir.

Sessiya çərçivəsində keçiriləcək komitə iclaslarında “Uzanan münaqişələrin həlli üçün ATƏT-in imkan və mexanizmləri”, “ATƏT regionunda korrupsiya, pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində səmərəli idarəetmə”, “Fövqəladə vəziyyətlərdə insan hüquqlarının qanuni məhdudlaşdırılmasının təsir sahələri” və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İki gün davam edəcək sessiya çərçivəsində hər üç komitənin (siyasi məsələlər və təhlükəsizlik, iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, eləcə də demokratiya, insan haqları və humanitar məsələlər) iclasları keçiriləcək. Sessiyanın işinə hər üç komitənin birgə iclası ilə yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: