Liviya Prezidenti Ramazan bayramı münasibətilə İlham Əliyevi təbrik edib

A- A A+

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl - Mənfidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

NUHÇIXAN xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram.

Bayramınız mübarək!".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: