Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının ildönümünə dair bəyanat qəbul edib

A- A A+

Estoniya parlamentinin - Riyqikoqunun Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupu Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanat qəbul edib.

NUHÇIXAN xəbər verir ki, qrupun üzvləri Azərbaycan xalqına Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı dərin hüznlə başsağlığı veriblər. Bəyanatda bildirilir ki, Azərbaycan xalqı Xocalı soyqırımında 600-dən çox günahsız vətəndaşını itirib. Onların arasında çoxsaylı uşaq, qadın və yaşlı insan olub və biz bu acını bölüşürük. Biz dinc Azərbaycan xalqına qarşı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş insanlığa zidd bu vəhşiliyin günahkarlarını qətiyyətlə pisləyirik. Bu vəhşilik aktının günahkarları mütləq cəzalarını amalıdırlar.

Biz ərazi bütövlüyünü bərpa etməsi üçün Azərbaycan Respublikasının səylərinə dəstək ifadə edirik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bütün regionun inkişafı üçün vacib amildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: